gundem / maraqli
8.05.2019, 09:41
"Ərimə də ortaq olub"

Türk müğənni Yeşim Salkımın həmkarı Gülben Ergen haqda dediyi sözlər yenə ortalığı qarışdırıb.
dogruxeber.tv axşam.az-a istinadən bildirir ki, hər iki sənətçi Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı Ekrem İmamoğluna dəstək mesajı paylaşıb. Yeşimin izləyicilərindən biri isə "Gülbenlə Yeşim, nəhayət ki, ortaq məxrəcə gəlib" deyə, rəy yazıb.
Yeşimin isə rəyə cavabı izləyiciləri heyrətləndirib:
"Niyə təəccüblənirsiz ki? Ərimə də ortaq idi bir vaxtlar".Qeyd edək ki, Yeşim keçmiş əri Hakan Uzanın onu Gülbənlə aldatdığını iddia edib və evliliyinin də bu səbəbdən bitdiyini deyib.


