Fuad Abbasovu aşağılayanlar CƏZALANDIRILSIN! – Polad Bülbüloğluna müraciət edildi













Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi və həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq Dünya Azərbaycanlıları Assambleyası (DAA) Rusiya hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Rusiya Federasiyası Ombudsmanına, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan səfirliyinə və təşkilatlara müraciət ünvanlayıb.
Məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarına və Ombudsmanına müraciətdə deyilir:
“Jurnalistə qarşı bu cür qeyri-insani davranışın qəbuledilməz olduğunu və bu addımın Rusiyanın insan haqlarının qorunması ilə bağlı öhdəlik olaraq üzərinə götürdüyü beynəlxalq hüquq normalarına, qoşulduğu beynəlxalq konvensiyalarla uyğun gəlmədiyini bildirir, bu hadisənin həm Rusiyada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda təəssüff və hiddət doğurduğunu bildirir, jurnalistə qarşı vəhşi davranış göstərənlərin təcili cəzalandırılmasını sizdən rica edirik”.
Təşkilatın Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətində isə deyilir:
“Hörmətli səfir, sizin diqqətinizi jurnalist Fuad Abbasovun məsələsinə yönəldir, olaya müdaxilənizi rica edirik. Azərbaycan vətəndaşına, xüsusən jurnalistə qarşı bu cür aşağılayıcı, qeyri-insani davranışın Rusiya-Azərbaycan münasibətlərinin ruhuna adekvat olmadığını bildirir, ölkəmizi təmsil edən bir səfir olaraq Azərbaycan vətəndaşına qarşı bu olayı şəxsi nəzarətinizə götürməyi, qeyri-insani davranış göstərənlərin ciddi cəzalanmasına nail olmanızı rica edirik”.

Bununla yanaşı DAA Rusiyada fəaliyyət göstərən təşkilatların da bu qeyri-insani davranışa qarşı həmrəy olub etiraz səsi çıxarmasının vacibliyini vurğulayıb. Təşkilat bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının müxtəlif bölgələrində fəaliyyət göstərən qurumların etiraz səsini ucaltmasını, bu hadisədə günahkar olanların cəzalanmasına nail olana qədər müraciətlərini, bəyanatlarını əsirgəməmələrinin zəruri olduğunu bildirib.(modern.az)

Son xəbərlər

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

Bütün xəbərlər