dunya
22.05.2019, 20:07
Paşinyan inqilabçı yoldaşlarını vəzifədən çıxarır

Əgər gələn aya qədər ciddi fors-major baş verməsə, Paşinyan hökumətdə ciddi kadr dəyişikliklərinə gedəcək.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb.
"Paşinyan anlayır ki, onun kadrları təkcə qeyri-peşəkar deyillər, həm də dövlət idarəetməsində qabiliyyətsizdirlər. Onlar həmçinin avtoritet sahibi deyillər və bu da birbaşa bütün hakimiyyətin avtoritetinə təsir göstərir", - deyə o bildirib.


