dunya
3.06.2019
Suriyada avtomobil partladıldı
![]()
Suriyanın şimal-şərq hissəsindəki partlayışda ən azı 7 adam ölüb.
Bu barədə RİA “Novosti” AFP-dəki öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, partlayış Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən Azəz şəhərində baş verib və 20 nəfər yaralanıb.
Bu bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri Azəzdə baş vermiş partlayışa görə məsuliyyət daşımadığını açıqlayıb.


