idman
17.06.2019, 15:06
Dabo və Mustivar "Neftçi"nin düşərgəsini tərk etdi

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən "Neftçi"nin iki üzvü - Baqali Dabo və Soni Mustivar müvəqqəti olaraq komandanın düşərgəsini tərk edib.
Hər iki legioner müalicə məqsədilə İtaliyaya göndərilib.
Dabo məşq zamanı ayaq əzələsindən yüngül zədə alıbsa, Mustivar Haiti millisinin təlim-məşq toplanışından zədəli qayıdıb.Yeni Sabah


