Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu











17 iyun 2019-cu il tarixdə Strasburqda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspert qurumu - Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfrans keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Fransa hökumətinin dəstəyi ilə təşkil olunmuş bu tədbirin açılışında Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mouri Paskye, Avropa Komissiyasının birinci Vitse-prezidenti Frans Timmermans, Fransanın ədliyyə naziri Nikol Belube və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Azərbaycan Respublikasını bu tədbirdə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Baş İdarənin böyük prokuroru Elnur Musayevin daxil olduğu nümayəndə heyəti təmsil edib.

Qeyd olunmalıdır ki, GRECO 20 illik fəaliyyəti ərzində üzv ölkələrə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm dəyişikliklərin həyata keçirilməsinə dəstək göstərmiş, habelə Avropa Şurasında daxili nəzarətin gücləndirilməsində aparıcı rol oynayıb.

Tədbirdə çıxış etmiş Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında mövcud işgüzar və qarşılıqlı faydalı münasibətlər çərçivəsində GRECO ilə əməkdaşlığa ölkəmizdə verilən xüsusi diqqəti vurğulayaraq, bu əməkdaşlığın müsbət nəticələri barədə danışıb. Konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Prezident Fərmanından irəli gələn vəzifələr barədə məlumat verilib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, şəffaflığın və cavabdehliyin gücləndirilməsi istiqamətində mühüm addım olduğu qeyd olunub. Baş prokurorun müavininin qeyd etdiyi kimi, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının ekspert qurumu tərəfindən verilmiş tövsiyələrin böyük qismini icra edib, dəyərləndirmənin üç raundu başa çatdırılıb və əldə olunmuş nəticələr uğurlu hesab olunub. Ölkəmizin həmçinin GRECO-nun dəstəyi ilə təşkil olunan Korrupsiyanın qarşısının alınması üzrə Sibernik Şəbəkəsinin fəal üzvlərindən biri olduğu xatırladılıb.

Eyni zamanda GRECO-nun fəaliyyətinin gücləndirilməsi üçün təkliflər də səsləndirilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-Prezidenti kimi Kamran Əliyev ölkəmizin dəstəyi ilə formalaşmış Anti-Korrupsiya Prokurorları Şəbəkəsi (NACP) və digər beynəlxalq anti-korrupsiya təşkilatları ilə GRECO arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Yüksək səviyyəli konfrans zamanı hazırki mərhələdə dəyərləndirmə predmeti olan İcra hakimiyyəti orqanlarında korrupsiyanın qarşısının alınması və dürüstlüyün bərqərar olunması, həmçinin GRECO-nun növbəti fəaliyyət planlarının qurulması mövzularına həsr olunmuş sessiyalar keçirilib və iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu[center][/center]
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olunduFransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu
Fransada Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olundu

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər