Elçibəy ailəsinə verilən eks-prezident müavinəti kəsiləcək













Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın ötən həftə Türkiyədə vəfat etməsi, eks-prezidentlərin ailəsinə verilən müavinətlə bağlı məsələni yenidən gündəmə gətirib.

“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Bu qanunun 2-ci maddəsinə görə, keçmiş prezident hazırda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir.

Azərbaycanın eks-prezidentlərindən Ayaz Mütəllibov sağdır, Əbülfəz Elçibəy isə dünyasını dəyişib. Eks-prezidentlər haqqındakı qanuna görə, Mütəllibov Azərbaycan Prezidentinin aylıq maaşının 50 faizi, Elçibəyin ailəsi isə Mütəllibovun aldığı pensiyanın 50 faizi məbləğində müavinət alır.

dogruxeber.tv xəbər verir ki, Modern.az-ın məlumatına görə, hazırda Azərbaycan Prezidentinin maaşının təxminən 15 000 manat olduğunu nəzərə alsaq, onda qeyd edə bilərik ki, Ayaz Mütəllibov təxminən 7500 manat (ölkə prezidentinin maaşının 50 faizi qədər) aylıq müavinət alır.

Elçibəy ailəsinə isə 3750 manat (Mütəllibovun pensiyasının 50 faizi qədəri) aylıq müavinət verilir.

Ancaq mərhum Həlimə Əliyevanın vəfatından sonra Elçibəy ailəsinə verilən ödənişin dayandırılacağı istisna deyil. Məsələ burasındadır ki, bunu qanun tələb edir. Baxmayaraq ki, Elçibəyin həyatda olan varisi – oğlu yaşayır, ancaq onun yaşı 18-i ötdüyündən eks-prezidentlər haqqındakı qanundan yararlana bilməz.

Konstitusiya Araşdırmaları Mərkəzinin sədri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı bildirib ki,eks-prezident dünyasını dəyişdiyi halda, həyat yoldaşı onun üçün müəyyən edilən müavinəti almağa davam edir:

“Eks-prezidentin həyat yoldaşı dünyasını dəyişəndə isə həmin müavinət övladlara verilir. Amma övladlar 18 yaşını tamamladıqda müavinətin verilməsi dayandırılır”.

Hüquqşünas qeyd edib ki, yalnız bir halda övladlara verilən müavinət dayandırılmır:

“Əgər dünyasını dəyişən eks-prezidentin və arvadının öhdəliyində I qrup əlilliyi olan övladı varsa, müavinət verilməsi davam etdirilir. Eyni zamanda, öhdəlikdə olan övladı ali məktəb tələbəsidirsə, 18 yaşını tamamlayıbsa belə, universiteti bitirənədək, ona müavinət verilir. Amma ümumilikdə eks-prezidentin övladları 18 yaşı tamamladığı halda, müavinət verilməsi avtomatik dayandırılır”.

Ə.Nuriyev qanuna istinadən bildirib ki, “keçmiş prezident” dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:

“Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutmuş şəxs;

Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;

Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq prezident səlahiyyətlərinə xitam verilmiş şəxs;

Qanununda “keçmiş prezidentin arvadı (əri)” dedikdə keçmiş prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur.

Bu Konstitusiya Qanununda “öhdədə olan uşaq” dedikdə vəfat etmiş keçmiş prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur”.

Ə.Nuriyevin sözlərinə görə, keçmiş prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək verilir:

“Eyni zamanda, arvadının (ərinin) vəfat etdiyi günədək; öhdədə olan uşağın 18 yaşına çatdığı günədək müavinət verilməsi davam etdirilir”.Yeni Sabah

Oxunub: 693

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər