gundem / sosial
10.07.2019
Bakıda içalat sexində ürəkbulandıran mənzərə - FOTO

Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməyən sex aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) dogruxeber.tv-a verilən məlumata əsasən, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib. Araşdırma nəticəsində yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.
Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.


