“Rabitə sahəsində çox acınacaqlı vəziyyət hökm sürür” – Xankişi Kişiyev













“Yeni Sabah” Bakı Telefon Rabitə İstehsalat Birliyinin Baş direktorunun sabiq müavini Xankişi Kişiyevin rabitə sahəsindəki mövcud problemlərlə bağlı müəllif yazısını təqdim edir:
Müstəqil rabitəmizin quruculuğu dövrdə 27 il Rabitə Nazirliyi sistemində (Şamil Musayev- ali təhsilli elektrik rabitə mühəndisi, Siruz Abbasbəyli - ali təhsilli elektrik rabitə mühəndisi, Nadir Əhmədov - ali təhsilli elektrik rabitə mühəndisi, Əli Abbasov - İkt sahəsində akademik nazir işlədikləri dövrdə) rəhbər vəzifədə çalışdım.

Bu dövr ərzində nazirlikdə keçirilən 100-dən çox kollegiyalarda iştirak etmişəm. Bu 27 il ərzində rabitə müəssəsinin rabitə müəssələrin gəlirləri 200 dəfədən çox artdı.

Düzgün texniki və iqtisadi siyasət aparmaq üçün nazirlikdə Azərbaycan Milli Elmlər Akademiyası, Ali təhsil ocaqlarında sahə üzrə alimlərin və rabitə müəssələrinin aparıcı mütəxəssislərdən ibarət Elmi Texniki şura fəaliyyət göstərirdi.

Təvəzökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, işlədiyim bu 27 il ərzində həmişə Elmi Texniki Şuranın üzvü olduğumdan rabitə sektorunun bütün sahələrində görülən işlərin müzakirələrində aktiv iştirak edərək təkliflər vermişəm. Həmişə də təkliflərim nəzərə alınıb. Texniki və iqtisadi siyasət yalnız Texniki Şuranın qərarı ilə aparırdı.

Dünyanın ən inkişaf etmiş ölkələri ilə (Amerika, İngiltərə, Çin, İsrail, Türkiyə və s.) sıx əməkdaşlıq edib, onların aparıcı şirkətlərin texnologiyalarını ölkəmizdə tətbiq etməyə nail olduq. Həmin inkişaf etmiş ölkələrdə ildə onlarla mütəxəsis yetişdirilirdi. Özüm İsrail, Amerika, İngiltərə, ÇİN, Türkiyə və bir sıra başqa ölkələrin aparıcı şirkətlərində ezamiyyətdə olaraq ən yeni texnologiyaların öyrənilməsində kurslarda iştirak etmişəm.

O dövrlərdə aparılan səmərəli texniki və iqtisadi siyasət nəticədə rabitə müəssələrinin gəlrləri hesabına (dövlət büdcəsindən bir qəpik ayrılmadan) bu sektora milyard manatlarla investisiya qoyuldu, istifadə edilən sovet texnologiyaları tam yenidən Avropa, Amerika İsrail, Çin və s. inkişaf edən ölkələrin texnologiyaları ilə əvəz edərək, bu sektorda regionda həmişə lider olduq.

Telekommunikasiya sektorunda hər 3-4 ildən bir yeni texnologiyalar yarandığından, yeni xudmət və texnologiyalara yaranan tələblər nəzərə alaraq texnologiyaları tez-tez dəyişdirdirərək texniki iqtisadi siyasət günün tələblərinə uyğun yeniləşirdi.

İşlədiyim 27 il ərzində məsələn BTRİB (indiki "Baktelecom" MMC) illik gəliri 200 dəfə yarım milyon manatdan 100 milyon manata qədər artdı.

Beləliklə, səmərəli texniki və iqtisadi siyasət əsasında hər bir rabitə müəssəsi üçün rüblük və illik gəlirlərin artımı üçün proqnoz müəyyən olunaraq, icra vəziyyəti ən azı ayda iki dəfə nazirlikdə müzakirə olunub, gəlirləri artırmaq, xidmət həcmlərini artırmaq üçün müvafiq tədbirlər görülürdü. Gəlirlərin artım proqnozunu yerinə yetirməyən rabitə müəssəsinin rəhbərləri işdən dərhal azad olunurdu...

Özəl sektorda sürətlə inkişaf edirdi. "Azərcell" MMC Azərbaycan Neft şirkətindən sonra ən iri vergi ödəyicisi idi.

İndi isə....?

Rabitə sisteminin dövlət inhisarında olan ən aparıcı sahələri kabel kanalizasiya qurğuları, telekommunikasiya binaları və s.

Nazirliyin tərkibində "Aztelekom" MMC və "Baktelecom" MMC-nin balansında olub, hər iki qurum təbii inhisardır. Bu tükənməz sərvətdən səmərəli istifadə edilmədiyindən (özəl sektora ödənişli əsaslarla kabel kanalizasiya qurğularından istifadəyə məhdudiyyət qoyulub) bu iki dövlət qurumu illik 100 milyon manatlarla gəlir itirib.

Texniki biliksizlikdən və ya şəxsi korparativ maraqlarından məhdudiyyət üçün kabel kanalizasiya qurğularında yer olmadığı bəhanəsi ilə özəl sektorun və özlərinin inkişafına süni maneələr yaradılıb.

Halbuki, köhnə bir magistral mis kabelin yerinə 24 ədəd optik kabel qoymaq olur. Uzunluğu bir kilometr olan 100 mm-lik telefon kanalından ayda minimum 24x100 = 2400 manat (bir kilometr elefon kanalizasyasına qoyulmuş bir optik kabelə görə provoyderin aylıq ödədiyi vəsait minimum 100 manatdır) gəlir əldə etmək olar.

Bakı şəhərində yeraltı on min kilometrlərlə 100 mm-lik telefon borularından ibarət telefon kanalizasiya qurğularından səmərəli istifadə olunmur. Bundan 50% effektiv istifadə edilərsə, ayda 2400x10000 =24000000 (ayda 24 milyon) gəlir əldə etmək olar. Amma indi "Baktelecom" MMC-nin aylıq gəliri təqribən beş milyon 500 min manatdır.

Belə ki, "Baktelekom" təkcə qeyd etiyim bir pozisiyaya görə ildə 200 milyon manata yaxın gəlir itirir. Həmçinin özəl sektora qoyulmuş məhdudiyyətə görə özəl sektorda ayda 100 milyonlarla xidmət həcminin az olmasından gəlir itirir. Texnologiyalar inkişaf etikcə, onun həndəsi ölçüləri 100 dəfələrlə azalır.

Geriləməni yaradan çoxlu faktlar var. Telekommunikasiya bazarında ədalətli, şəfaf və azad rəqabət mühütü formalaşmadığından və mühüti formalaşdıran müstəqil Tənzimlənmə qurumu olmadığından ciddi inkişaf əldə etmək mümkün deyil (Dünyanın əksər ölkələrində telekommunikasiya sektorunda operatorlar arasında onların bir-birininin resurslarından istifadəni tənzimləyən müstəqil tənzimlənmə qurumu fəaliyyət göstərir).

Ölkəmizdə bu sahədə çox acınacaqlı vəziyyət hökm sürür. Hətta ölkəmizdə bəzi operatorların şəbəkələri bir-birinə xarici üçüncü xarici ölkə şəbəkəsi üzərindən qoşulub.

Sadə dillə desək, elə bil şəhər mərkəzindən 8-ci kilometrə getmək üçün Almaniyanın Frankfurt şəhərindən fırlanıb gəlməlisən. Bütün bunların və deyə bilmədiyim bir sıra neqativ hallar nəticəsində ölkəmizdə telekommunikasiya sektorunda da ciddi geriləmə var. Həm struktur, həm texnoloji, həm iqtisadi shədə dünyanın inkişaf edən ölkələrin təcrübəsi və yerli şəraiti nəzərə alaraq ciddi islahatlar aparmaq vacibdir. Dünya təcrübəsində, məsələn, "British Telecom" rabitə operatorun gəlirləri "British Petrolum"dan geri qalmır.

Hörmətli Prezidentimiz tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair "Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun texniki, iqtisadi və sosial tərəqqi əldə etmək üçün bu sektorda təxirəsalınmaz islahatlara ehtiyac var.

Qeyd: "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair "Strateji Yol Xəritəsi”nin hazirlanmasında şəxsən iştirak edərək, 300 saata yaxın əmək sərf etmişəm.

Oxunub: 775

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər