İnternet oyunları xəstəlik kimi qəbul olundu













Dünya Səhiyyə Təşkilatının (DST) son hesabatında bildirilib ki, internet oyunları müasir dövrün xəstəliyidir.
Təşkilatın ekspertləri dünya ictimaiyyətinin diqqətini psixoloji problemlərə səbəb olan bu problemə cəlb etmək istəyirlər. Onlar bu bəlanı Beynəlxalq Xəstəliklər Təsnifatına da daxil ediblər.

DST-nin hesabatına görə, Yaponiyada artıq bir neçə ildir internet asılılığından qurtulmaq üçün 80 proqram həyata keçirilib. Bu ölkənin Kanaqava prefekturasında analoji mərkəzə rəhbərlik edən Doktor Hiçuqinin sözlərinə görə, bu xəstəlikdə əziyyət çəkənlərin sayı durmadan artır. O əlavə edib ki, hazırda onun rəhbərlik etdiyi mərkəzdə internet asılılığından müalicə olunan 269 pasientdən 241 məhz internet oyunlarının təsiri altına düşənlərdir.

İnternet oyunlarından asılı vəziyyətə düşənlər bu vərdişdən əl çəkə bilmirlər, hətta işdən çıxarılma və ya təhsildən ayrı düşmə təhlükəsi də onları yola gətirə bilmir. Hesablamalara görə, Avropa və Şimali Amerikada əhalinin 1 faizdən 10 faizə qədəri bu xəstəliyə düçar olub. DST-nin nümayəndəsi Vladimir Poznyak bildirib ki, bu problemin dəqiq miqyası və xarakterik xüsusiyyətləri hələ də müəyyən edilməyib. Onun sözlərinə görə, xəstəliyin müalicəsində həkimlərin qarşısında duran əsas əngəl onun əsas simptomları ilə bağlı konsensusun, bu sahədə ictimai səhiyyə siyasətinin olmamasıdır. Bütün bunlar səmərəli monitorinq aparmağa mane olur.

Mütəxəssislər qeyd edirlər ki, internetin daha geniş yayılması da xəstəliyin müalicəsini çətinləşdirir. DST-nin mayda təqdim etdiyi Beynəlxalq Xəstəliklər Təsnifatının yeni versiyasına görə, “internetdə oyun pozuntusu” diaqnozu 12 ay müddətində vaxtının çoxunu internet oyunlarına sərf edənlərə, onları özünün bütün maraqlarından və fəaliyyətlərindən üstün tutanlara və mənfi nəticələrinə rəğmən bu vərdişdən əl çəkməyənlərə qoyulur.

Oxunub: 989

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər