hadise
20.07.2019
Bakıda istirahət mərkəzində kütləvi dava düşüb, xəsarət alan var

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.
dogruxeber.tv-a bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.


