"Azərbaycanda ilk dəfədir belə iyul ayı müşahidə olunur" — Orqanizmi məhv edən HAVA












Son günlər hava qeyri-sabit keçir: gah həddən artıq isti olur, gah da güclü küləklə müşahidə olunan ağır bir hava. Belə hava şəraiti isə yay fəsli üçün anormaldır.


Bəs bu cür havanın hansı fəsadları olur?


dogruxeber.tv xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, havanın tez-tez dəyişməsi insan orqanizminə, sağlamlığına mənfi təsir edir:


“İndiki havalar qəribədir. Açığı, bu yaşıma kimi iyulda belə hava müşahidə olunduğunu görməmişəm. Heç yadıma gəlmir. Təbiətin bu şıltaqlığına qarşı heç nə edə bilmərik. Amma mütləq özümüzü qorumalıyıq. Yüngül geyinirik, hərəkət etdiyimiz üçün də tərləyirik. Sonda da soyuq hava təri yapışdırır. Bununla da müqavimət düşür və xəstələnmə prosesi başlayır. Havaya uyğun geyinmək lazımdır. Ehtiyat üçün nəsə götürmək lazımdır. Çünki hər saat hava dəyişir. Dünən axşam bərk bürkü var idi. Gecə saatlarında isə külək əsməyə başladı. Artıq havanın necə olacağını öncədən hesablamaq olmur”.


Mütəxəssisin sözlərinə görə, bu cür havaların insanlara təkcə fiziki baxımdan deyil, psixoloji cəhətdən də təsiri var:


“İnsanların ovqatı olmur, kefləri olmur. Ovqatın pozulması da müqavimətə, immunitetə çox təsir edir. Belə ki, insanlar saatlarla kefi olmadan oturursa, müqavimət düşür. Aktivlik olmur, iş qabiliyyəti və ünsiyyət pozulur. Bu da psixoloji baxımdan təsir edir”.


Vaqif Qarayev bu ayda küləkli havanın olması səbəbindən allergik xəstəliklərin artaraq, kəskinləşəcəyini vurğulayıb:


“Kimin toza qarşı allergiyası varsa, bu halı yaşayacaq. Toz həm də özü ilə xəstəliktörədicilər gətirir. Onlardan qorunmaq lazımdır. Uşaqları, əsasən, çirkli və tozlu məkanlardan uzaq tutmaq lazımdır”.


Pediatr əlavə edib ki, insanlar özlərini qorumaq şərti ilə daha çox havada olmalıdır:


“Hər fəslin özünün iqlim dəyişiklikləri olur. Amma indi - iyul ayında hava isti olsa da, külək əsir. Bu, insan sağlamlığına kifayət qədər təsir edə biləcək faktordur. Məsələn, iyul ayının sonları olduğu üçün evdən yüngül geyimlə çıxırlar. Birdən hava soyuyur, külək əsir. Orqanizm isə iyul ayına adaptasiya olunub, amma havanın temperaturu buna öyrəşməyə imkan vermir. Bu zaman mütləq müqavimət düşür”.


V.Qarayev yay qripindən də danışıb. Bildirib ki, bu xəstəlik zamanı orqanizmin müqavimət gücü aşağı düşür, yay qripinə daha çox uşaqlarda rast gəlinir.


Bununla belə, pediatr həm uşaqların, həm də böyüklərin havada daha çox vaxt keçirməli olduqlarına diqqət çəkib:


“Ümumiyyətlə, bütün fəsillərdə hava lazımdır. Ən çox isə uşaqlar üçün hava çox vacibdir. Son vaxtlar D vitamini çatışmazlığı, az qala, epidemiya şəklini alıb. Bəs Azərbaycan kimi günəşli ölkədə bu, necə baş verir? Hazırda bütün dünya tibbində bu müzakirə olunur”.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər