Azərbaycanda nüvə reaktoru tikiləcək, yeri də artıq bəllidir – TƏFƏRRÜAT











Çox vaxt insanlar yanlış olaraq düşünürlər ki, energetik və ya tədqiqat nüvə reaktoru əhalinin yaşadığı yerdən uzaq olmalıdır. Azərbaycanda Tədqiqat nüvə reaktorunun inşası planlaşdırılır. Tədqiqat Mərkəzinin tikiləcəyi ərazi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 19 kriteriyasına cavab verməlidir.
dogruxeber.tv xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a açıqlamasında Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev bildirib.

Mərkəzin sədr müavini xatırladıb ki, bu ilin aprelində Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rusatom – Beynəlxalq şəbəkə” (Rusiya) arasında atom enerjisinin dinc məqsədlərlə istifadə olunması sahəsində kadrların hazırlanmasına dair niyyət protokolu imzalanıb: “Bu memorandum çərçivəsində 6 gənc mütəxəssisimiz Rusiyanın Moskva Fizika- Texniki İnstitutunda təhsillərini davam etdirir. Onlardan üçü magistratura, ikisi bakalavr, biri isə doktorantura pilləsində təhsil alır. Nüvə obyektləri strateji obyektlər olduğundan digər ölkələrin vətəndaşları həmin obyektlərə buraxılmırlar, onların girişi qadağandır. Bu sahədə sırf kitab oxumaq, təhsil almaqla iş bitmir. İşin kifayət qədər praktiki tərəfləri var. Nüvə obyektlərinə getməli, orada tədqiqat işi aparmalısınız. Bunun üçün nüvə tədqiqat obyektlərinə giriş izni olmalıdır. Tərəflər arasında bağlanan memorandum nəticəsində artıq azərbaycanlı tələbələr həmin obyektlərə, qurğulara giriş izni alıblar”.

Cəlal Nağıyev vurğulayıb ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılmasında məqsədlərdən biri də tədqiqat nüvə reaktorunun tikilərək istifadəyə verilməsidir: “Bu reaktordan elektrik enerjisinin alınması üçün deyil, yalnız elmi tədqiqat işlərinin aparılması üçün istifadə olunacaq.

Bu reaktorun hazırlanması üçün biz hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə iki layihə icra edirik. Bunlar həmin reaktorun texniki sertifikasiyasının və strateji planın hazırlanması layihələridir. Bu layihələr artıq iki ildir ki, icra olunur.

Bu layihələr çərçivəsində hansı tip reaktorun tikilməsi, onun gücünün nə qədər olması, hansı eksperimentləri həyata keçirməyə imkan verməsi, hansı tip dərman vasitələri və izotopların istifadə olunacağına dair müzakirələr aparılır. Energetik nüvə reaktorunun tikilməsi ilə bağlı hələlik ölkə rəhbərliyi tərəfindən qərar verilməyib. Lakin ötən ilin yayında enerji sistemində baş verən qəza göstərir ki, mütləq alternativ enerji mənbələrimiz olmalıdır”.

Kimya üzrə fəlsəfə doktoru qeyd edib ki, dövlət tərəfindən tədqiqat nüvə reaktorunun və Sterilizasiya Məqsədli Güclü Qamma Şüalanma Kompleksinin inşası üçün Qobu qəsəbəsində 15 hektar ərazi ayrılıb: “Tədqiqat nüvə reaktorunun tikilməsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin özünəməxsus kriteriyaları, tələbləri var. Tədqiqat Mərkəzinin tikiləcəyi ərazi ilə bağlı 19 kriteriya var. Buraya seysmik davamlılıq, vulkan aktivliyi, infrastrukturun olması, temperatur, küləyin gücü, qrunt suların səviyyəsindən tutmuş, süxurun möhkəmliyinə qədər bir sıra müxtəlif faktorlar daxildir. Çox vaxt insanlar yanlış olaraq düşünürlər ki, energetik və ya tədqiqat nüvə reaktoru əhalinin yaşadığı yerdən uzaq olmalıdır. Atom Energetikası üzrə Beynəlxalq Agentliyinin 19 tələbindən heç birində tədqiqat nüvə reaktorunun yaşayış məntəqəsindən nə qədər məsafədə olmasına dair tələb yoxdur”.

Cəlal Nağıyev vurğulayıb ki, hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə müzakirələr aparılır və tədqiqat nüvə reaktorunun tikiləcəyi yerin dəyişdirilməsi variantı da istisna edilmir./Turkustan.info

Son xəbərlər

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

Bütün xəbərlər