160 manata qurbanlıq qoyun













Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edir.
Nazirlikdən “dogruxeber.tv”a bildirilib k, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır. Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.

Mütəmadi olaraq xarici ölkələrin təcrübələrindən və müasir innovasiyalardan yararlanan qurum tərəfindən vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradıb. Bu ildən tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur. Vətəndaşların marağı və tələbatın çox olmasını nəzərə alaraq sifarişlərin qəbulu 11 avqust saat 23:59-a qədər uzadılıb.

“Kənddən Şəhərə” yarmarkaları avqustun 12-13-də 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək. Bu yarmarkalar AQTA tərəfindən müəyyən edilmiş kəsim məntəqələrinin yanında təşkil edilib və vətəndaşlar aldıqları qurbanlıqların elə yerindəcə islami qaydalara uyğun və sanitar-gigiyenik şəraitdə kəsimini həyata keçirə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri ödənişsiz olaraq aparılır.

Oxunub: 997

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər