hadise
16.08.2019, 16:04
“07” ilə piyadanı vurub öldürdü

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“dogruxeber.tv” xəbər verir ki, qəza avqustun 15-də saat 19 radələrində qeydə alınıb.
Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır./Qafqazinfo


