“Qarabağda gərginlik qaçılmaz şəkildə artır” – Rus ekspert













Xəbər verildiyi kimi Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədin Qazax rayonundan keçən hissəsində sərhədçilərimizin yeni taktiki və strateji mövqelər tutduğunu, düşmənin aramsız atəşlərinə baxmayaraq bu mövqelərdə möhkəmləndiyini açıqlayıb. Bu haqda iki gün əvvəl KİV-lərdə yayılmış xəbərləri DSX-nin Aparat rəhbəri, general Elçin İbrahimov dünən jurnalistlərə təsdiqləyib.
“Kavkazskiy Uzel” portalı Azərbaycan sərhədçilərinin Qazax istiqamtində irəliləməsi ilə bağlı rusiyalı hərbi ekspertlərin rəylərini soruşub. Rusiyalı ekspertlər və hərbi şərhçilər belə hesab edirlər ki, bu addım Ermənistanı Qarabağa dair danışıqları bərpa etməyə meylləndirməyə hesablanıb, amma sərhəddə mövqelərin irəli çəkilməsi münaqişənin eskalasiyasına da gətirib çıxara bilər.

“Qazax rayonunda toqquşmalar artıq baş verib, indiki manevrlər isə heç də yeni deyil”,-hərbi ekspert Pavel Felgenhauer deyib. Onun fikrincə, situasiya təhlükəlidir, münaqişə aktiv fazada olmasa da tüstülənməkdədir və hərbi əməliyyatlar tədricən Qarabağdan kənarda olan ərazilərə də yayılmaqdadır. Ekspert qeyd edir ki, yaxın zamanlarda münaqişənin eskalasiyasını gözləməyə dəyər. “Hazırda mənim mövqeyimə görə münaqişənin alovlanmasının qarşısını Rusiya alır”,-Felgenhauer deyib.

Ekspert deyir ki, prezident Əliyev hərbi uğurları nümayiş etdirməklə azərbaycanlıların patriotik əhval-ruhiyyəsindən ağılla istfadə edir. “Qarşıdurma illərində tərəflərin bir-birinə qarşı nifrəti artıb. Amma Azərbaycan tərəfdə bu nifrət daha amansız xarakter daşıyır”,-Felgenhauer belə deyib.

Rusiya zabitlərinin ekspert Şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev isə hesab edir ki, Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi Yerevanı Qarabağa dair real danışıqlara məcbur etməyə hesablanmış addımdır. “Azərbaycan ərazi mübahisəsinin olmadığı sahələrdə təhdid yaratmaqla Ermənistana təzyiq yolları tapmağa çalışır ki, onu güzəştə məcbur edə bilsin”,-Perenciyev bildirib.

Hərçənd rusiyalı hərbi ekspert deyəsən məlumatsızdır ki, Ermənistan ordusu həmin istiqamətdə də Azərbaycan ərazilərini -Qazaxın 6 kəndi hələ də işğal altında saxlayır.

Perenciyevə görə Yerevanın mövqeyi aydındır-o Qarabağı qaytarmayacaq və güzəştə getməyəcək. “Bununla bağlı olaraq Bakı nümayiş etdirir ki, Azərbaycan ərazilərini geri almağa qadirdir”,-o əlavə edib.

Perenciyev qeyd edib ki, Qazax istiqamətində baş verənlər gərginliyi artıracaq, amma eskalasiyaya gətirib çıxarmayacaq.

Digər rusiyalı hərbi ekspert Aleksandr Qolts isə fərqli düşünür, deyir ki, sərhədçilərin irəliləməsi münaqişənin ciddi eskalasiyası üçün bəhanə ola və hərbi qarşıdurmanın yeni mərhələsini başlada bilər.

“Əlbətdə, təhlükə var. Bu kvazimünaqişələr üçün xarakterikdir, hansı ki, tərəflərdən biri hərbi manevrlər başlayır və bununla da məzənnəni qaldırır. Sonra digər tərəf onu sakitləşdirmək istəyir, buna müvəffəq olmursa gərginlik qaçılmaz şəkildə artır”,-Qolts deyib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər