dunya / sou
31.08.2019, 18:17
Məşhur aktyor cərimələndi

İngiltərə aktyoru Orlando Blum Beverli-Hillzdə sürət həddini aşdığına görə cərimələnib. dogruxeber.tv-ın məlumatına görə, bu barədə “TMZ” xəbər verib.
O, “Porsche” markalı avtomobilini saatda 60 mildən yuxarı idarə etdiyinə görə saxlanılıb. Nəqliyyat vasitəsinin salonunda aktyorun 8 yaşlı oğlu da olub.
Aktyor təhlükəli idarəetməyə görə cərimə ödəyəcək.


