Qəbələ rayonunda zəlzələ olub. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Zəlzələ yerli vaxtla saat 00:25-də Qəbələ ərazisində 3,2 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.