hadise
4.09.2019, 10:25
Sabirabadda qatarla yük maşını toqquşdu

Şirvan şəhərindən Sabirabadın Minbaşı kəndinə gedən yolda qatarla yük maşını toqquşub.
dogruxeber.tv oxu.az-a istinadən xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Minbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
50-B-117-10 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Qəzanın səbəbi araşdırılır.


