Son zamanlar körpələr niyə kök doğulur? - Dünyaya həyacan təbili çalındı











Artıq çəki ilə doğulan körpələrin sayı getdikcə artır. Təkcə Azərbaycanda deyil, dünyada bu prosesin baş verməsi narahatlıq doğurur. Məsələnin ciddiliyi ilə bağlı UNİCEF də həyəcan təbili çalır.

Maraqlıdır, uşaqların artıq çəki ilə dünyaya gəlməsinə səbəb nədir?

Bununla bağlı Lent.az -a danışan pediatr və endokrinoloq Gündüz Əhmədov bildirib ki, uşaqların artıq çəki ilə dünyaya gəlməsi daha çox irsi ola bilər.

“Ata, ana, yaxud yaxın qohumlarda çəki problemi varsa, uşaq da artıq çəki ilə dünyaya gələ bilər. Bundan başqa, hamiləliyin uzun çəkməsi, yəni dölün 42 həftədən çox ana bətnində qalması, şəkərli diabet, hipotireoz xəstəliklərindən əziyyət çəkən anadan doğulan uşaqlar artıq çəki problemi ilə dünyaya gəlir. Eyni zamanda, uşaq genetik patologiya ilə doğulduqda bəzi irsi xəstəliklər də çəki probleminə səbəb ola bilər.

Ginekoloq Rəşad Sultan isə körpələrin artıq çəki ilə dünyaya gəlməsini ananın çox yeməsi və artıq kalori qəbul etməsi ilə əlaqələndirir.

“Günümüzün bəlası çox yemək, kalorili yeməklər, şirniyyat və qidalanma rejiminin yanlışlığıdır. Bu, artıq zərərli vərdiş hesab olunmalıdır. Günümüzü yemək stolu arxasında yox, təbiətdə gəzməklə, idmanla keçirməliyik. Yemək menyuları hamilələr üçün daha da önəmlidir. Hamilə qadın gündə 5-6 dəfə qidalanmalı, tez-tez, az-az yeməlidir. Çörək, düyü və xəmir xörəklərindən az istifadə etmək məsləhətdir. Gündə ən azı 3 litr su içmək, tərəvəz, göyərti, ət, toyuq və balıq yeməkləri lazımdır. Hamiləlikdə şəkərli diabet və qalxanabənzər vəzi çatışmazlığı müvafiq analizlərlə araşdırılmalı, varsa, müalicə almalıdır. Mənə qalsa, hər hamilə diyetoloq nəzarətində olmalıdır. Dölün çəkisinin çox olmasının qarşısını alsaq, qeysəriyyələrin də sayını azalda bilərik”.

Oxunub: 977

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər