“Şərəfin, kilişiliyin varsa, öz qadınına cavab ver” – Gülər Əhmədova














Sabiq deputat Gülər Əhmədova sosial şəbəkə vasitəsilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə çağırış ünvanlayıb.
“dogruxeber.tv”ın məlumatına görə, G.Əhmədova bildirib: “Elşad Abdullayev, səninləyəm, hardasan? Niyə səsin batıb? Nə oldu sənin yalanların, iddiaların? Şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver.



Əlbəttə ki, verməyəcəksən, verə bilməzsən. Allah sənə də, sənə qoşulub bu işi quranlara da lənət etsin! Bu dünyada da, axirətdə də əlim boğazındadır.

Haqqımı ver! Mənə şər atdığını etiraf edəcəksən, inşaALLAH! Mütləq edəcəksən.

Həmin gün səninlə halallaşacağam.

Yalnız həmin gün!Amma hələ ki, elədiklərinizin cəzasını çəkəcəksiniz. Necə ki çəkirsiniz. Allah sənə dəstək verənlərə, bu oyunu quranlara da min lənət etsin! Cəhənnəm bu dünyada da, ötəki dünyada da sizə vacib olsun inşaALLAH!”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev 2012-ci ildə eks-deputat Gülər Əhmədovanın ondan 2 milyon dollar rüşvət almasına dair videogörüntü yayımlamaqla böyük bir qalmaqalın əsasını qoymuşdu.



Məhz həmin videolardan sonra G.Əhmədova deputat mandatından imtina etmiş, ardınca onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Hazırda Fransaya sığınmış Elşad Abdullayev isə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 iyun 2014-cü il tarixdə Elşad Abdullayevin Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.



E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında da qərar qəbul edilib.

E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunub.

Oxunub: 761

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər