dunya
14.09.2019
Türkiyə ard-arda 2 dəfə silkələndi

Türkiyənin Çankırı şəhərində üç dəqiqə fasiləylə iki dəfə zəlzələ baş verib.
"dogruxeber.tv" "Hürriyet"ə istinadən xəbər verir ki, zəlzələlər 4,7 və 4,8 bal gücündə olub. Zəlzələlər Türkiyə vaxtilə saat 09:00 və 09:03-də qeydə alınıb.
Zəlzələ Ankara və digər şəhərlərdə də hiss edilib. Hadisə nəticəsində dağıntılar və xəsarət alanlar olmayıb.


