İstirahət günlərində hava necə olacaq?













İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "dogruxeber.tv"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.



Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 26-31, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 21-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 21-i axşamdan 22-si gündüzədək şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 22-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi sentyabrın 22-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Bakıda isə sentyabrın 21-i səhərdən 22-si səhərədək güclü şimal küləyi, sentyabrın 22-si gündüz mülayim cənub-qərb küləyi əsəcək. Sentyabrın 21-i axşam, 22-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Bütün xəbərlər