hadise
5.10.2019
Mikroavtobusla yük maşını toqquşdu, xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv-ın məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 60-BV-922 dövlət qeydiyyat nişanlı "Ford" markalı sərnişin mikroavtobusu 99-SN-244 "Mercedes" markalı yük maşını ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


