Masallı rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 11:39:57-də Lənkəran stansiyasından 26 km şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkan hiss olunmayıb.