Vasif Talıbovdan sosial şəbəkələrlə bağlı tapşırıq













“Təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin mövcudluğunun əsas şərtlərindəndir. Dövlətin təhlükəsizliyinin əsasında isə dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır”.


Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.



Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə keçirilən müşavirədə çıxış edən Talıbov qeyd edib ki, dövlət sirri - hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.



“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında əsas məqsəd də dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün İdarələrarası Komissiya tərəfindən bir sıra işlər görülməlidir.



Komissiya dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısını almalı, dövlətin təhlükəsizliyinə ziyan vuran belə hal baş verdikdə fakt üzrə materiallara baxmalı və rəy verməlidir.



Dövlət Təhlükəsizliyi Xidməti Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə tərkibində dövlət sirri təşkil edən məlumatlar olan informasiya sistemlərinin ekspertizasını aparmalı, informasiyanın mühafizəsinə, məxfilik rejiminə və texniki kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər görməli, lisenziyalı proqram təminatından istifadə olunmalı, texniki vasitələrin məlumat sızmasından qorunmasını, habelə onlardan məlumat çıxarılması üçün istifadə oluna bilən elektron vasitələrin aşkarlanması və zərərsizləşdirilməsini təmin etməlidirlər.



Əldə edilməsi qanunvericiliklə məhdudlaşdırılan və dövlət sirri hesab edilən informasiyaların kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə yayılmaması üçün ciddi işlər görülməlidir”. (Yenisabah.az)

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər