Azərbaycanda kredit yarmarkaları keçiriləcək












Prezident İlham Əliyevin oktyabrın 15-də yanında keçirilmiş iqtisadi müşavirədə bank sektoru ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.



dogruxeber.tv-ın məlumatına görə, "Report" bu barədə Palataya istinadən xəbər verir.



Məlumata görə, iclası giriş sözü ilə qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov açıb. O, ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib və qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı imkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının dərc etdiyi hesabatlarda öz əksini tapır. Belə ki, Dünya Bankının son “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycan dünya ölkələri arasında 34-cü yerdə qərarlaşıb, 20 ən islahatçı ölkə sırasında yer alıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” Beynəlxalq Reytinq Agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit "Ba2" səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Bildirilib ki, oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan "Fitch" Beynəlxalq Reytinq Agentliyi tərəfindən də təsdiqlənib və "BB+ reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi III rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.



Buna baxmayaraq, dövlət başçısının müşavirədə səsləndirdiyi haqlı iradına əsasən İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keşmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb. Görüşdə o da qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə Palatanın təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzuolunan nəticələrə tam nail olunmayıb.



Daha sonra, iclasda ABA-nın və bankların təmsilçiləri çıxış edərək qeyd olunan müşavirədə maliyyə-bank sektoru ilə bağlı prezidentin qaldırdığı məsələləri və iradları əsas götürərək istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Palata ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artmı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.



İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində Palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər