gundem
25.10.2019
“Qarabağ”ın iki futbolçusu Avroliqanın rəmzi komandasında - FOTO
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun rəmzi komandası müəyyənləşib.
Oxu.Az xəbər verir ki, simvolik “11-lik”də “Qarabağ”ın iki futbolçusu da yer alıb.
Dünənki oyunda Ağdam klubunun qollarına imza atan ispaniyalı yarımmüdafiəçi Dani Kintana və braziliyalı sol cinah müdafiəçisi Aylton Silva rəmzi heyətə düşüb.


