Deputat plyonka qadağasının ləğv edilməsini yenidən GÜNDƏMƏ GƏTİRDİ










Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-nə kimi qanunla icazə verilib. Lakin arxa yan şüşələrə plyonka vuran sürücülərə də yol polisi cərimə tətbiq etmir. Sürücülər redaksiyamıza çoxsaylı müraciətlər edərək noyabrın 15-dən sonra plyonkaya icazə verilib-verilməyəcəyini də soruşurlar.


dogruxeber.tv xəbər verir ki, Avtosfer.az saytı millət vəkili Çingiz Qənizadənin fikrini öyrənməyə çalışıb.
O, açıqlamasında bir daha bildirib ki, "avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməlidir. İndi demək olar ki, əksər avtomobillərin arxa yan şüşələrində plyonkadan istifadə edilir. Təcrübə də göstərir ki, burada heç bir təhlükə yoxdur. Arxa yan şüşəyə vurulan plyonka sürücüyə heç bir təhlükə yaratmadığı üçün ilin bütün fəsillərində istifadəsinə icazə verilməlidir". Millət vəkili bir daha bildirib ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir: “Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Ölkəmizin qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır. Yəni qabaq yan şüşələrdən başqa digər arxada qalan yan şüşələri sürücü istədiyi faizdə tündləşdirə bilər.
Alın şüşəyə və qabaq yan şüşələrə plyonka vurulması birmənalı qadağandır və çox təhlükəlidir. Qabaq yan şüşələrə vurulan plyonkadan bayırı görmək çox çətin olur. Gecə vaxtı demək olar ki, heç nə görünmür. Bu isə bir başa qəzalara və ölümlərə yol aça bilər. Ona görə də alın şüşəyə və qabaq yan şüşələrə plyonka və pərdədən istifadə edən sürücülər güzəştsiz məsuliyyətə cəlb edilməlidir.



Millət vəkili xatırladıb ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb: “Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi. Mən bu məsələni parlamentdə də gündəmə gətirəcəm. Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna, Konstitusiyasımız, “Yol hərəkəti haqqında” qanun və ötən ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir”.

Oxunub: 779

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər