Əlili zəlil edən məmur “işgəncəsi” - Video





Yaradan yaratdıqlarını bilərəkdən bir qüsurla yaratdı ki, hər kəsin bir əskik qalan yanı olsun. Verdiyi natamamlıq kiminin fiziki görünüşündə, kiminin mənəviyyatında, kimininsə əxlaqında təzahür etdi. Fiziki qüsuru olan insanlar cəmiyyətdə gözlə görünən qədər seçildikləri üçün onları fiziki qüsurlu şəxslər adlandırıb, çox zaman cəmiyyətdən kənar saxladılar. Hətta gözlərinin içərisinə baxa-baxa qəddarlıqla, utanmadan yararsız biri olduğunu üzünə vurdular. Amma onların məhdud fiziki və maddi imkanları ilə nələrə qadir olduqlarını görmək istəmədilər. Bəs mənəviyyatdan bu qədər zəlil, əlil olanlar kimlərdir?

"dogruxeber.tv” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən vətəndaş Binnətov Şamil Camal oğlu anadangəlmə əlildir. Dövlət tərəfindən ömürlük II qrup əlillik statusu daşıyır. Buna baxmayaraq uzun illər Bakı şəhərində yerləşən orta məktəblərdə alman dili müəllimi olaraq fəaliyyət göstərib. Şamil müəllim həyatının 72 "qışını” geridə qoyub. Həyat onun üzünə bahar rüzgarlarını çox xəsisliklə əsdirib. Birinci həyat yoldaşı ilə dörd övladları dünyaya gəlib. 1996-cı ildə həyat yoldaşının faciəli şəkildə qətli ilə ailə və dörd azyaşlı uşağın səfil həyatları başlayıb. Əl ağacları ilə gəzən ata övladlarının zəruri məişət ehtiyaclarını ödəyə bilmədiyi üçün ikinci dəfə ailə həyatı qurur. İkinci nigahdan dünyaya gələn övladlarla birlikdə ailənin sayı on bir nəfərə çatır. Lakin belə bir söz var ki, "dərd gələndə xalvarla gələr”. Ailənin sayının çoxalması ilə yanaşı ailədə əlillərin sayı da çoxalmağa başlayır. Evdə dörd əlil insanın olması ailənin sosial durumunu acınacaqlı hala salır. Ailə düşdüyü vəziyyətdən az da olsa xilas olmaq üçün müxtəlif qapılar çalır. Lakin çaldığı qapıların arxasında oturan məmurlar iş otaqlarının havasını kasıb, əlil vətəndaşların nəfəsi ilə "çirkləndirməkdən” ehtiyat etdikləri üçün qapılarını üzünə bərk-bərk bağlayırlar.

Şamil müəllim Sabunçu rayonunda yaşayır. Neçə-neçə kitabların müəllifi və yazıçılar birliyinin üzvüdür. Eləcə də Yeni Azərbaycan Partiyasının ilkin üzvlərindəndir. Şamil müəllim həyatının qırx ilini bu millətin övladlarına elm öyrətməyə həsr edib. Bəs bu gün səlahiyyət sahibləri əlil müəllim, yazıçı Şamil müəllim üçün nə edib?

Sabunçu rayonunda yaşayan şikayətçimizə "Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdiniz mi?” deyə sual verdik. Müəllim sanki dərsini bilməyən şagirdi kimi başını aşağı salıb, "onun o qədər ciddi işləri var ki, narahat etməkdən çəkinirəm”. Düzünü söyləyim ki, onun haqqı olanı bu qədər utancaqlıqla istəməsi məmurların yerinə bizi utandırdı.

2012-ci ilin aprel ayından Sabunçu rayonuna İcra Başçısı təyin olunan Adil Vəliyev yeddi ildə bir dəfə olsun maraqlanmayıb ki, rəhbəri olduğu rayonda belə ağır sosial durum içərisində yaşayan ailə vardır. On bir nəfərlik ailə dörd əlil üzvü ilə otuz kv/m-lik mənzilə sığınıb. Hətta əminik ki, bu ailənin varlığından belə bixəbərdir. Yəni dəyərli zamanını "dəyərsiz” əlil insanların probleminə sərf etmək yerinə, oğlunun şakəri olduğu bahalı avtomobil kolleksiyalarına sərf etməyi daha "faydalı” hesab edir. Əks təqdirdə bu ailənin ən azından bayram günlərində belə qapısını döyən bir məmur olardı.

Düşünürsünüz ki, Adil Vəliyev bu ailəni unutdusa da, yəqin ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi dörd əlili olan ailəni diqqətdə saxlayar. Burada da yanılırsınız. Vəziyyətlərinin dözülməzliyi ilə bağlı nazirliyə müraciət edən ailə, Sahil Babayevdən və ya komandasından "Sizlər ümumi əlilsiniz. Biz sizlərə kömək edə bilmərik” deyə başdan ediliblər. Əlbəttə, bu bizləri əsla təəccübləndirmir. Çünki, nazirliyin əlil vətəndaşların problemlərindən "çox-çox vacib işləri var”. Məsələn: Güzəştli vətəndaşlara dövlət tərəfindən verilən pulsuz mənzillərin pulla satılması kimi "əhəmiyyətli” işlər. (bu başqa bir mövzudur)

Məqaləmizin əvvəlində qeyd etdik ki, Şamil Binnətov YAP-nın fəallarından olub. On bir nəfər ailə üzvləri ilə birgə yaşadığı Sabunçu rayonundan namizədliyini irəli sürən YAP-nın nümayəndəsi Fazil Qəzənfərlinin deputatlığına səs veriblər. Döydüyü qapılardan ümidsiz qayıdan Şamil müəllim son ümidlə problemlərini, dərdlərini götürüb Fazil Qəzənfərliyə üz tutur. Fazil Qəzənfərliyə də digər deputat həmkarları kimi seçicilərinin səsləri lazımdır. Onların problemləri yox. Əli hər yerdən üzülən Şamil müəllim nəhayət mətbuatın qapılarında çarə arayaraq "dogruxeber.tv”-la səsini aidiyyatı qurumlara çatdırmağa çalışdı. Həyatının ahıl çağında əlil təqaüdçü müəllimin, yazıçının halını anlamaq heç də çətin deyil. Bunun üçün sadəcə mənəviyyatdan əlil olmamaq kifayət edər. Çox təəssüflər olsun ki,bu gün ölkə başçısının güvənib, etimad göstərdiyi bəzi məmurlar vəzifə kürsüsünün havasını alar-almaz mənəvi əlillərə çevrilirlər ki, onlarınsa əlacı tapılmayıb.



"dogruxeber.tv”

Oxunub: 1 009

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər