Bu tələbələr təhsil haqqından azad oluna bilər













Əlilliyi olan tələbələr təhsil haqqından azad edilməlidir. Bu təkliflə millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.
Onun sözlərinə görə, təhsil haqqını ödəyə bilmədiyinə görə, hazırda 1 əlil gənc universiteti buraxmaq məcburiyyətində qalıb”.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Taleh Kərimov – Görmə əngəlli: Bakı Slavyan universitetinin rus dili müəllimliyi fakültəsini qurtarmışam. Məndə ödənişli idi. 1200 manat pul ödəyirdim. Bu da çətin idi. Güzəşt olsa yaxşı olar. Bizdən sonrakılar var, hansı ki, ödəyə bilmirlər”.
Qənirə Paşayeva – Millət vəkili: “Bizim ali məktəblərdə nə qədər əlil gənc təhsil alır ki, biz onları ödənişli əsaslarla təhsil almasından azad etməyək. Axı bu adamlar məsələn gözü görmür. Amma əziyyət çəkir instituta girir, bu gəlir pullu əsaslarla düşür və bəzən oxumaq imkanları olmur. Bunların sayı çox azdır, dövlət büdcəsi üçün böyük bir vəsait deyil ki, buna gedilməsin”.
ADPU-nun pedoqoji fakultəsinin dekanı Buludxan Xəlilov deyir ki, universitetdə fiziki məhdudiyyəti olan tələbələr smestr imtahanlarını fərdi qaydada verirlər. Ödənişli əsaslarla təhsil alan həmin tələbələrin təhsil haqlarından da azad edilməsi yaxşı olar.
Buludxan Xəlilov – ADPU-nun dekanı: “Cəmiyyətdə fəal olmalıdılar. Fəallığın ilkin şərtlərindən biri ondan ibarətdir ki, belə tələbələrə qayğı lazımdır. Əgər ödənişli oxuyurlarsa, onların təhsil haqları dövlət tərəfindən ödənilsə, onların fəallığı bir az da artar. Çünki bu mənəvi bir cəhətdir”.
Bununla bərabər ekspertlərin əlilliyi olan tələblərlə bağlı başqa təklifləri də var.
Kamran Əsədov – Təhsil eksperti: “Hazırda bütün ölkə üzrə istər fiziki məhdudiyəti olan və olmayan şəxslər bərabər hüquqlu imtahan verir. 1ci ondan başlamaq lazımdır ki, müəyyən əllilik dərəcəsi olan şəxslər digər qəbul imtahanları formatında verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, təhsilin əl çatımlığı təmin olunacaq”
Ekspertlərin sözlərinə görə, dövlət tərəfindən əlliliyi olan tələbələrə güzəştlərin edilməsi onların həm cəmiyyətə qatılmasına, həm də daha çox sosiallaşmasına gətirib

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər