hadise
30.10.2019, 15:05
Millət vəkili qəzaya düşdü

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Mahir Polat qəzaya düşüb.
dogruxeber.tv bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, M.Polat Torbalı-Bayındır yolunda avtomobili ilə qəza keçirib.
Millət vəkili xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.


