İrandan gələn yuyucu vasitə qablarında narkotik vasitə aşkar edildi















Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Bağırov Nicad Məzaim oğlu və Paşayev Elnur Murad oğlu gömrük nəzarətindən keçən zaman saxlanılıb və onların əl yükləri əsaslı şəkildə yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən dogruxeber.tv-a verilən məlumata görə, ilk öncə Bağırov Nicad Məzaim oğlunun əl yükləri rentgen qurğusunda yoxlanılarkən ona məxsus boz rəngli yük çantasının içərisində şübhəli predmetlər müşahidə edilib. Sonra hal şahidlərinin iştirakı ilə onun təqdim etdiyi boz rəngli yük çantasındakı 3 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının içərisindən gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 1137 qram narkotik vasitə-heroin aşkar edilib.

Daha sonra Paşayev Elnur Murad oğlunun əl yükləri rentgen qurğusunda yoxlanılıb. Onun da yük çantasının içərisində şübhəli predmetlər qurğunun müşahidə monitorunda əks olunub. Vətəndaşa məxsus orta həcmli yük çantasının içərisində də 2 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının olduğu müəyyən edilib. Baxış zamanı birinci qabdan, ümumi çəkisi 129 qram narkotik vasitə-heroin, 98 qram psixotrop maddə- metamfetamin, ikinci qabdan isə 378 qram narkotik vasitə-heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır./Trend

Son xəbərlər

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Bütün xəbərlər