hadise
4.11.2019, 15:56
Bakıda yol qəzası olub, bir nəfər ölüb, üçü yaralanıb

Bakıda yol qəzası olub. Hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar təcili tibbi yardıma çağırış saat 13:10-da daxil olub:
"Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir".(Report)


