gundem
5.11.2019, 12:44
Dekabr ayının qeyri-iş günləri açıqlandı

Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür.
dogruxeber.tv “Report”a istinadən xəbər verir ki, həmin gün ölkədə bələdiyyə seçkiləri keçirildiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü Azərbaycan ərazisində iş günü hesab olunmur.
Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.


