155 saylı məktəbdə özbaşınalıq




Təhsil sahəsində aparılan islahatların prioritetliyi bəzən mənfi nəticələr də doğurur. Məsələn, R.İbrahimovanın direktoru olduğu 155 nömrəli tam orta məktəbdə baş verən özbaşınalıq və digər neqativ halın ictimai təsiri kifayət edər ki, bu aşağılayıcı məqamlar diqqət çəksin. Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı mükəmməl siyasi və ictimai təcrübə Azərbaycan Respublikasının, onun dövlətçiliyinin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında və s. özünü açıq göstərdiyi bir vaxtda, təəssüflə qeyd etməliyi ki, 155 nömrəli məktəbdə təhsil gerçəkləri heç də günün reallığı kimi əks etmir. Çünki yeni direktor R.İbrahimova orada öz qanunlarını tətbiq edir, təhsil-məktəb münasibətlərini özü tənzimləyir. Bu da istər-istəməz adıçəkilən məktəbin savadlı kadrlarında narazılıq yaradır və ümumi halda onun bu əməlləri Azərbaycan təhsilinə zərər vurur.

Deyirlər ki, R.İbrahimova 155 nömrəli məktəbin daim təqdir olunan müəllimlərini qanuna yaraşmayan hərəkətlərlə aşağılayır, onları öz qanunlarına tabe etdirmək üçün bütün imkanlarından yararlanır. Öz haqqını tələb edən müəllimlərə də ultimatum verir ki, mən heç kimdən qorxmuram, arxamda çox güclü bir insan var. Gedin, kimə istəyirsiniz, şikayət edin. Maraqlıdır ki, işdə yol verdiyi nöqsanları görməzlikdən gələn direktor dərs hissə müdiri V.Məmmədova ilə əlbir olub 155 nömrəli məktəbin nüfuzunu gözdən salır, bu təhsil ocağının ictimaiyyətə bəlli olan hörmətini azaldır.

155 nömrəli məktəbdə neqativ hallar çoxdur. Məsələn, ötən tədris ilindən başlayaraq on birinci siniflərin dərsə davamiyyəti, məktəbdə yaranan intizamsızlıq, digər bir sıra neqativ hallar məktəb-şagird münasibətlərində əsaslı narazılıqlara yol açıb. Direktor və dərs hissə müdirinin müəllimlərə qarşı kobud davranışları müəllim heyətində ruh düşkünlüyü yaradıb. Baxmayaraq ki, müəyyən komissiya araşdırmasından sonra məktəbin yeni direktoruna və dərs hissə müdirinə töhmət verilib. Təəssüf doğurası haldır ki, direktor R.İbrahimova və dərs hissə müdiri V.Məmmədova 2019-2020-ci tədris ilində də köhnə münaqişələri davam etdirir, haqqını tələb edən müəllimlərə olduqca qərəzli davranırlar. Bunun nəticəsi olaraq həmin müəllimlərin sinfi, dərs saatı və metobirləşməsi əllərindən alınır, sinif rəhbəri vəzifəsi başqa təcrübəsiz, həm də diaqnostik balı çox aşağı olan müəllimlərə tapşırılır. Hansı ki, bu məktəbdə dərskeçmə təcrübəsi, şagirdlərlə davranış etikası, tədris işinin prioritetliyinə inamı və bu sahədə xidmətləri daha böyük olan kadrlara etibar edilməlidir. Lakin yeni rəhbərlik bunlara məhəl qoymur. İş o yerə çatıb ki, müəllimlər, hətta valideynlər də uşaqlarını məcburən başqa məktəbə köçürürlər.

Məktəbin dərs hissə müdiri Vəfa xanımın məktəbdə olmadığı, təlimdə olarkən sinfin boş - yəni müəllimsiz qaldığı deyilir. Həm də vurğulanır ki, o, dərs hissə müdiri olduğu şalda cədvəl hər gün dəyişdirilir. Əksər məktəblərdə olduğu kimi, 155 nömrəli məktəbdə də «Əlifba» bayramında külli-miqdarda pul yığılır və s.

Deyirlər ki, Vəfa xanımın həvalə vaxtı qurtarsa da, imtahan verməyib, lakin yenə də müavin vəzifəsindədir. Belə deyək, direktor onu hansı marağa görəsə yanında «saxlayır».

Məktəbdə intizamsızlıq halları da baş alıb gedir. Buna misal üçün keçən həftə məktəbin iki onbirinci sinif şagirdinin bıçaqla bir-birinə xəsarət yetirməsini göstərmək olar.

Direktora yaxın müəllimlərin günlərlə dərsə gəlməməsi, davamiyyətin olduqca aşağı olması və s. kimi faktlar da diqqətdən kənarda saxlanılmamılıdır. Bütün bunlar təkcə 155 nömrəli məktəbin nüfuzunu aşağılamır, həm də Azərbaycan təhsilinə ciddi zərbədir.

Əlbəttə, 155 nömrəli məktəbin yeni direktoru R.İbrahimova və onun dedikləri ilə oturub-duran dərs hissə müdiri V.Məmmədova öz çirkin əməlləri ilə Azərbaycanın təhsil işinə ləkə gətirir, ölkə rəhbərinin apardığı siyasətə zidd gedirlər. Bu cür şəxslər ümummilli lider Heydər Əliyevin çox yüksək dəyər verdiyi müəllim adını da hörmətdən salır, digərlərində də pis vərdişlərə yol açır.

Əminik ki, Təhsil Nazirliyi adıçəkilən məktəblə bağlı ciddi araşdırma aparacaq, göstərilən faktlar əsasında dövlətçilik naminə ciddi addımlar atacaq.

Oxunub: 735

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər