“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”











Ötən gün təhsil naziri Ceyhun Bayramov Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanı tutduğu vəzifədən uzaqlaşdırıb.


Aparılan araşdırmaya görə, direktor icarə adı ilə müəllimlərdən pul yığıb.



Bu məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və belə halların digər məktəblərdə də olduğu bildirilib.



Maraqlıdır, məktəblərdəki bu cür özbaşınalığın qarşısını necə almaq olar? Günahkar tərəf yalnız direktorladır, ya ikinci tərəf də var?


Məsələ ilə bağlı Modern.az-a danışan deputat Sona Əliyeva deyir ki, insanlar susmasınlar ki, belə problemlər qabarıb öz həllini tapsın.



“Tək təhsildə yox, hər sahədə bu cür özbaşınalığa, haqsızlığa son qoyulmalıdır. Sağ olsun ki, Ceyhun Bayramov məsələdən xəbər tutan kimi direktoru işdən çıxarıb. Elə direktor olacaq ki, bu hadisədən təsirlənəcək lakin elələri də var ki, ümumiyyətlə buna məhəl qoymayacaq. Çox yaxşı haldır ki, Təhsil Nazirliyi insanlara, mətbuata bu qədər açıqdır və öz sahəsindəki narazılıqları aktiv şəkildə aradan qaldırır”.


Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu cür özbaşınalıq təkcə 108 nömrəli məktəbdə baş vermir.


“Məktəbdə baş verən neqativ hallar növündən asılı olmayaraq təhsilə, tərbiyəyə təsir göstərən faktordur. Əksər məktəblərdə qeyri-qanuni şəkildə vətəndaşlardan pul tələb etmək prosesi gedir, lakin məsələ qapalı qalır. Belə özbaşınalığın qapalı qalmasının iki səbəbi var. Birincisi, valideyn etinasızlığı, yəni tələb olunan məbləğin ödənilməsidir. Digər səbəb isə məktəb direktorlarını himayə edən şəxslərin olmasıdır. Bu gün Bakı, eləcə də rayonlardakı məktəbləri himayə edən vəzifəli şəxslər var. Məktəb direktorları da həmin vəzifəli şəxslərə söykənərək istənilən özbaşınalığı edirlər. Buna görə də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü kimi hesab edirəm ki, bu gün valideynlər məktəbdə neqativ hal baş verən kimi bizə də məlumat versinlər. Çünki biz həmin məsələləri təhsil naziri Ceyhun Bayramovun qarşısında qaldıra bilərik. Artıq 21-ci əsrdə yaşayırıq, dünyada məktəblər başqa yöndə fəaliyyət göstərirlər. Bu cür neqativ hal bizdəki bəzi direktorların feodal təfəkkürünün təzahürüdür. Birmənalı olaraq uşağın məktəbə pul gətirməsi ona mənfi təsir edir, məktəblə valideyn, cəmiyyət arasında qarşıdurma yaradır. Bu isə orta təhsil üçün yad bir məsələdir və belə halların kökü kəsilməlidir”./Demokrat.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər