20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi- SƏS YAZISI-YENİLƏNİB










Valideyn-Müəllim Assosiasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı 20 nömrəli məktəbdən açıqlama verilib.
Özünü direktorun köməkçisi kimi təqdim edən şəxs VMA-ların bütün məktəblərdə olduğunu, bəzilərində şagirdlərdən 3-5 manat, bəzilərində də aylıq 10 manat yığıldığını bildirib.

– Valideyn-Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qərarı ilə 2005-ci ildə təsdiq olunub. Nizamnaməsi və əsasnaməsi var. Elə məktəblər var ki, 10 manatdır, bizdə isə 5 manatdır. Ola bilər ki, hansısa müəllim valideyndən artıq pul istəyib. VMA pedaqoji şura ilə təsdiq olunan bir qurumdur. İndi hər məktəbin öz VMA-sı var. Elə məktəb var yığılan vəsaiti öz hesabına keçirir. Bizim məktəb də yeni yaradılıb. Hesab açılacaq. Məktəbin mühafizəsini, xadiməsini, qapısını, bacasını saxlamaq da orada gedir. Biz indi sizə onunla bağlı hesabat vermirik. Sadəcə bilin ki, VMA-nın özünün nizamnaməsi və əmri var.

– Məktəbin qapısını, bacasını deyirsiniz, bu dövlət məktəbidir və dövlət də bunun üçün büdcədən vəsait ayırır.
– Bəli dövlətin məktəbidir. Qapıdan, bacadan getmədi söhbət…

Daha sonra direktor müavini bizi hədələyərək bir daha zəng vurmamağımızı bildirdi.



****
20 saylı məktəb-liseydə şagirdlərdən hər ay pul yığılır.

Məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn-Müəllim Assosiasiyası yaradıb və assosiasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.

Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur.

Məsələ ilə əlaqədar 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova ilə əlaqə saxladıq. Direktor saytımıza açıqlamasında bununla bağlı heç bir məlumatı olmadığını və məsələni öyrəndikdən sonra məlumat verəcəyini bildirdi. Görünür ki, direktor da idarə etdiyi təhsil ocağında baş verənlərdən xəbərsizdir?!

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdik. Qurumdan bildirildi ki, fakt araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək. (Qaynarinfo.az)


Oxunub: 1 370

Son xəbərlər

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

Bütün xəbərlər