“Uşağım polisin köməyi ilə dərsə gedir…” – Məktəbdə nə baş verir?












Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döyüb.
Məktəbin 9-cu sinif şagirdi Rauf Oruclunun valideyni Nahid Orucov məlumat verib.
Onun sözlərinə görə, 2-ci qrup əlil olduğu üçün işləyə bilmir: “Uşağımın məktəb geyməyə şalvarı, köynəyi var. Məktəbə Azər Ələkbərov təzə direktor təyin olunandan sonra uşağın jiletinin olmamasını problem etdi. Dekabrda məni məktəbə çağırdılar. Kasib adam olduğumu və jileti almağa imkanım olmadığını bildirdim. Direktor mənə dedi ki, uşağın epilepsiyası var və bura sizinçün xəstəxana deyil. Uşağını apar başqa yerdə, ya da, rayonda məktəbə yerləşdir.
Oğlum uşaqlıqdan 2-ci mərtəbədən yıxılıb və kəllə-beyn travması alıb. Direktora bildirdim ki, onsuz da 9-cu sinif bitdikdən sonra istəyən şagird şəhadətnaməsini alır və məktəbi tərk edir. Onlar uşağı məktəbin içinə buraxmırdılar. Onu 3 aya yaxın inctdilər”.
Nahid Orucov deyir ki, məktəbdə oğlunu müəllim və direktor döyüb:
“Uşaq huşunu itirib. Təcili Tibbi Yardım çağırıblar. Onların köməyi ilə özünə gəlib. Daha sonra polis də gəldi və hazırda araşdırma aparılır. Onlar hadisədən əvvəl məsələni o yerə gətirdilər ki, mən müəllimlərin cibinə pul da qoyası oldum. Hətta, məktəbdə Sakit adlı müəllim mənə dedi ki, 300 manat ver uşağın 9-cu sinfi bitirsin. Bildirdim ki, o pulu verməyə heç bir imkanım yoxdu. Necə olur ki, pulu verəndə uşağım tərbiyəli olur, verməyəndə yox?”.
Valideyn qeyd edib ki, hazırda uşaq polislərin köməyi ilə məktəbə gedir.
Məktəb direktoru Azər Ələkbərovla əlaqə saxlasaq da, o, suallarımıza cavab vernəkdən imtina edib. Bildirib ki, baş verən olayla bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayaq./Teleqraf.com


@dogruxeber.tv

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər