Rüşvət qalmaqalı ilə tanınan direktorun daha bir səs yazısı yayıldı - Audio













Şamaxı rayonunda rüşvət almaqda ittiham olunan, şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən yeni səs yazısı yayılıb.

Yeni səs yazısında bu günlərdə məktəbdə keçirilən iclasların birində direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:

"Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək".

Məsələ ilə bağlı məktəb müəllimləri ilə əlaqə saxladıq. Müəllimlər qeyd etdilər ki, Gülnurə Babaşova hər ay müəllim kollektivindən aylıq alır:

"Mətbuatda gedən yazıdan sonra iclas oldu. Biz həmin iclasda iştirak etmədik. Bildik ki, iclas bizi onunla barışdırmağa yönəlib. Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev direktoru müdafiə edib. Müəllimlərin bəzilərinə təzyiq edildi ki, ərizələrini geri götürsünlər. Amma narazılar bunu etmədilər. Biz geri çəkilməyəcəyik. Bu səs yazısı ilə bağlı iclas fevral ayının sonlarında keçirilib. Müəllimlərdən aylıq pul yığımı davam edir. Soruşanda deyir ki, "pulu məndən rayon təhsil şöbəsindən istəyirlər. Mən də sizdən alıb ona verirəm".

Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova isə saytımıza açıqlamasında qayınatasının rəhmətə getdiyini və danışa bilmədiyini dedi: "Yasdan sonra sizinlə əlaqə saxlayacam".

Qeyd edək ki, iki ay əvvəl Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın müəllimlərdən ayliq haqq yığması ilə bağlı səs yazısı yayılmışdı. Təhsil Nazirliyi isə məsələnin araşdırıldığını bildirmişdi.

@dogruxeber.tv

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər