dunya
8.11.2019
Suriyada neft emalı zavodunda partlayış: 1 ölü, 1 yaralı
![]()
Suriyanın Liman şəhəri olan Banyasda (Tartusdan 35 km şimalda) neft emalı zavodunda partlayış baş verib.
dogruxeber.tv TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində zavodun bir işçini ölüb.
Suriya Neft və mineral ehtiyatlar naziri Əli Qanim bildirib ki, partlayış təmir işləri aparılarkən baş verib: "Partlayış nəticəsində zavodun işçisi İmad Hamza ölüb, müəssisənin mühəndisi Hüsam Həsan isə yaralanıb".


