Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər













Almaniya saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər.
“dogruxeber.tv" xəbər verir ki, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub.

Ötən günlərdə Almaniyanın 6 əyalətində “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvlərinin saxlanılmasından sonra Almaniya mediası BAMF rəhbərliyini sərt şəkildə tənqid edib. Televiziya verlişlərdə danışan miqrasiya mütəxəssisləri bildiriblər ki, BAMF-in maddi texniki bazası gücləndirilsə də, federal idarə hələ də qaçqın və miqratlarla bağlı məlumatları dəqiqləşdirə bilmir. Onlar Almaniyadan sığınacaq istəyən şəxslərin kimlikləri ilə bağlı məlumat verməyib sonradan ölkədə terror aktı törətməsini misal çəkiblər.

Mütəxəssislər bildiriblər ki, BAMF “Miqrant alveri” ilə bağlı saxlanılan cinayətkar qrupun üzvlərinin “xidmətindən” yararlanıb, yaşamaq icazəsi alanların işinə yenidən baxmalı və bunun nəticəsini ictimaiyyətə açıqlamalıdır.

Qeyd edək ki, keçən il Almaniya sığınacaq statusu verdiyi 100 mindən çox şəxsin işinə yenidən baxıb. 2017-ci ildə isə yenidən yoxlanılan işlərin 2527-si barədə yekun qərar verilib.

O vaxt Almaniya Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, işlərə yenidən baxılması normal prosesdir. Çünki BAMF-in yerli şöbələrində nazirlik əməkdaşlarının yoxlamaları zamanı qaçqın statusunun verilməsi barədə bəzi qərarların tələsik, sənədlərin yoxlanılmadan verildiyi ortaya çıxıb. /report

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər