Bakı-Sumqayıt yolu genişləndiriləcək? - “Obyektlər sökülməlidir”












Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır.



dogruxeber.tv xəbər verir ki, Nəqliyyat eksperti Elməddin Muradlı məsələnin həlli barədə Modern.az-a açıqlama verib.



Ekspert bildirib ki, Bakı-Sumqayıt yolundakı tıxac probleminin həlli ilə bağlı artıq dövlət başçısı tərəfindən göstəriş verilib.



“Həmçinin Avtomobil Yolları Agentliyi məlumat verib ki, bu yaxınlarda orda müəyyən işlər görüləcək. Mən bildiyimə görə ilin sonuna qədər Bakı-Sumqayıt yolunun; daha çox Xırdalan və “Şamaxinka” dairəsinin genişləndirilməsi ilə əlaqədar layihələr olacaq. Çünki tıxac yaradan əsas yerlər məhz həmin nöqtələrdir. Mənə elə gəlir ki, hər iki zonada Koroğlu metrostansiyası ətrafında gördüyümüz asma şaxələnmiş körpülərin, yol ötürücülərinin mini formasını yaratmaq, yəni buna bənzər bir sistem yaratmaq olar. Bu daha əlverişli ola bilər”.



Elməddin Muradlı qeyd edib ki, bu layihələr hazırlanarkən yalnız indini deyil, gələcəyi də düşünmək lazımdır.



“Çünki Azərbaycanda avtomobilləşmə getdikcə daha da artır və onların miqdarı artıqca tıxacların da sayı artır. Ona görə işləri bu gün üçün yox, gələcək üçün görmək lazımdır. Layihə hazırlanarkən iş elə görülməlidir ki, gələcəkdə yenidən yolların genişləndirilməsi kimi məsələlər ortaya çıxmasın. Düşünürəm ki, orda yeni infastruktur qurularkən təbii ki, köçürmə layihələri olacaq. Ordan bəzi obyektlərin plana düşməsi, sökülməsi qaçılmazdır. Çünki yolu genişləndirərkən yəqin ki, bir çox obyektlər plana düşəcək. Mənə elə gəlir ki, bundan sonra məmurlar da məsələyə ciddi yanaşmalıdır. Məsələn, yolun kənarlarındakı əraziləri insanlara satırlar, sonra da genişləndirmə prossesi aparanda kompensasiya vermək məsələləri ortaya çıxır”.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər