gundem
16.11.2019, 13:15
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi

Serbiya Prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.
“dogruxeber.tv” xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, 49 yaşlı Prezident noyabrın 15-i ürəyində yaranan problemə görə Hərbi Tibb Akademiyasına aparılıb. Onun müalicəsi davam etdirilir.
Aleksandr Vuçiç 2017-ci ildən Serbiyanın Prezidentidir./Yenisabah


