hadise
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Sumqayıtda zavodda zəhərlənmə baş verib.
dogruxeber.tv Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.
Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.


