gundem / hadise
19.11.2019
Samuxda təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı
![]()
Samux rayonunda təkər təmiri sexində bədbəxt hadisə baş verib.
dogruxeber.tv-ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Sexdə təkər təmiri ilə məşğul olan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaba Zeynalov müştərinin avtomobilinin şinlərini təmir edərkən təkər partlayıb. Hadisə nəticəsində təkərin diski onun baş və göz nahiyəsinə dəyib. Ağır kəllə-beyin travması alan Ə.Zeynalov ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./Trend


