Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür








Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində —referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin — referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

BMT-nin Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 21-ci maddəsində seçki hüquqi ümumbəşəri sərvət, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas prinsipi kimi səciyyələndirilmişdir: Xalqın iradəsi iqtidarın bünövrəsi olmalıdır, xalqın iradəsi ümumi və bərabər seçki hüquqi əsasında, gizli səsvermə yolu ilə, ya da azad səsverməni təmin edən digər müvafiq formalarda keçirilməli olan dövri və saxtalaşdırılmayan seçkilərdə öz ifadəsini tapmalıdır. Bu dövri azad seçkilərin siyasi hüdudların dəstəklənməsinin təminatında oynadığı rol da mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta və insan hüquqlarının qorunması haqqında Avropa Konvensiyasına daxil edilib.

Məlumdur ki, ölkəmizdə bu il dekabrın 23-də Ümumxalq səsverməsi ilə Bələdiyyə seçkiləri keçiriləcək. Artıq MSK-nın sədri Məzahir Pənahov bu seçkilərin tam şəffaf və ədalətli keçirilməsi haqda da açıqlama verib.

Redaksiyamıza daxil olan məlumata görə, Qaradağ rayonun Müşfiqabad qəsəbə Bələdiyyəsinin sədri Vüqar Əliyev də yenidən bu seçkilərə qatılmaqla qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Onu da bildirək ki, 2014-cü ildə bələdiyyə seçkilərinə qatılan V.Əliyev qalib olub və 2015-ci ilin yanvar ayında keçirilən ilk bələdiyyə iclasında Qaradağ rayonu Müşviqabad bələdiyyəsinin sədri seçilib. Belə ki, işlədiyi müddət ərzində özunü doğrulda bilməyən V.Əliyev İcra nümayəndəsi Çoşqun Bayramola əlbir olaraq qəsəbədə qanunsuz torpaq satışı ilə ad çıxarmışdır. Sakinlər arasında nüfuzunun olmadığını və qarşıdan gələn bələdiyyə seçkilərində səs qazanmayacağını bilən Vüqar Əliyev qaynı - Kənd Təsərrüfatı naziri İnam Kərimovdan "yararlanaraq" artıq, özünü "seçilmiş bələdiyyə sədri" kimi görür. Onu da deyək ki, faktiki olaraq bu şəxs qəsəbədə yaşamır və işə də yalnız istədiyi vaxt gəlib gedir. Araşdırma zamanı o da məlum olmuşdur ki, qəsəbə daxili yollar bərbad vəziyyətdə olmaqla bu sahədə də heç bir iş görməmişdir. Sosial problemlər içərisində yaşayan sakinlər arasında kimi dindirirsənsə, həm İcra nümayəndəsi Coşqun Bayramovdan, həm də Bələdiyyə sədri Vüqar Əliyevdən narazılıqlarını dilə gətirməklə, seçkilərdə ikinciyə, ümumiyyətlə, səs verməyəcəklərini xüsusi vurğulayırlar.

Redaksiya olaraq biz isə 23 dekabrı gözləməklə bir daha bu qəsəbədə ya azad seçkilərin, ya da ki, nazir olan qaynının "təyinatının" şahidi olacağıq. Araşdırmamız davam edir, bizi izləyin.


Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Qanun-namine.info

Son xəbərlər

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

Bütün xəbərlər