hadise
28.11.2019, 11:22
Qadağan olunmuş məhsullar daşımaq istəyən azərbaycanlılar tutuldu

Rusiyada əl yükləri adı altında qadağan olunmuş məhsullar daşımaq istəyən azərbaycanlılar saxlanılıb.
dogruxeber.tv-ın xəbərinə görə, Rusiya rəsmi qurumlarının açıqladığı hesabatda bu ilin noyabrın 1-dən 25-dək olan müddətdə 32 beynəlxalq reys yoxlanılıb.
Tacikistan və Azərbaycandan əl yükü kimi aparılan meyvə, tərəvəz, qoz-fındıq və quru meyvələrin arasında icazə verilməyən yüklər də olub.
Qadağan olunmuş məhuslları aparmağa çalışan 28 sərnişin barəsində inzibati xəta haqqında protokol tərtib edilib və həmin məhsullar müsadirə edilərək, hava limanının xüsusi sobalarında yandırılaraq məhv edilib./Oxu.az


