“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...”










Gələn ilin ilk ayından xarici avtomobillərin ölkəyə idxalına qoyulan məhdudiyyətlərə görə Azərbaycan avtomobil bazarında qiymətlərin qalxacağı bildirilir.

Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu ehtimalın böyük olduğunu bildirdi:

“Dövlət Gömrük Komitəsi bəyanat verib bildirdi ki, avtomobil idxalıyla bağlı şərtlər sərtləşdiriləcək. Bu da ondan ibarətdir ki, istifadədə olmuş avtomobillərin idxalı şərtləri dəyişdirilir. Hələlik təzə avtomobillərlə bağlı vergilərin yüksəldilməsi nəzərdə tutulmur. Nazirlər Kabineti buna getsə, bu yalnış olacaq. Çox istəyərdim ki, buna getməsinlər. Bunu etsələr, Azərbaycana gətirilən ikinci əl avtomobillərin ili təzə olduğuna görə qiyməti baha olacaq və bu, yerli bazara da təsir edəcək. Avtomobil dövriyyəsi xaricdən idxal hesabına çətinləşdiyinə görə daxildə olan avtomobillərin də qiymətinin artma ehtimalı var.

Bununla yanaşı, Gürcüstan və Rusiya dövlət nömrə nişanlı avtomobillərin də depozit hesabına ölkəyə giriş şərtləri sərtləşdirilir. Bəzi adamlar var idi ki, avtomobilə olan ehtiyaclarını bu üsulla ödəyirdilər. Bir şeyi vurğulamaq lazımdır ki, ölkəyə gətirilən bu cür avtomobillərin əksəriyyətini Azərbaycan vətəndaşları idarə edir və deməli onların bu avtomobillərə ehtiyacı var. Dövlət qurumları bunu vurğulamalıdır. Onlar da avtomobil ehtiyaclarını bu şəkildə ödəyə bilməyəndə daxili bazara üz tutacaqlar. Bu da daxili bazarda tələbatı artırdığına görə hansısa şəkildə avtomobillərin qiymətinin bahalaşmasına səbəb ola bilər”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər