“Belə getsə, hər 10 nəfərdən biri gürcü maşını sürəcək” — Gömrük Komitəsinin yaratdığı MƏNZƏRƏ













Ölkəmizə idxal olunan avtomobillər üçün idaxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub.


dogruxeber.tv xəbər verir ki, yaranmış durumu və narazılıqları nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşaad Hüseynov şərh edib.


O, bildirib ki, təxminən 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması və yerli avtomobil istehsalının stimullaşdırılması...


Hüquqşünas hesab edir ki, hər iki arqument yanlışdır: “Birincisi, ona görə ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Nəticədə büdcə əslində itirəcək.


Sadə misal: tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq”.


Ə. Hüseynov ikinci arqumenti də yetərli hesab etmir. Bildirir ki, yerli istehsal dediyimiz əslində hazır detallardan yığımdır və say çox məhduddur:


“Ən başlıcası isə bu avtomobillər populyar deyil. Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil”.


Ə. Hüseynov düşünür ki, avtomobil idxalı üçün ödənişlərin ciddi artırılmasının səbəbi ölkəmizə avtomobilləşmə prosesini ləngitməkdir:


“Bəli, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur. Bu qərarı qəbul edənlər düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək.


Amma maraqlıdır ki, insanlar "alternativ" üsullar tapırlar. Məsələn, yollarımızda Gürcüstən dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək”.(Yeni Sabah)

Oxunub: 1 051

Son xəbərlər

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Bütün xəbərlər